AZ

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Bakı. Trend:

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəngedib.

Trend xəbər verir ki, telefondanışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycanadövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr,əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanansənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Başnaziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmışbəyannamənin və digər sənədlərin regionda davamlı sülhün vəsabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundansonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasındayekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəminyaradacağı qeyd edilib.

Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞPrezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçininregional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmalarınvacibliyini bildirib.

Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlərmünasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqınatəbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsirgöstərəcəyini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, ocümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCARvə “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan RespublikasınınHökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmivurğulanıb.

Seçilən
36
49
az.trend.az

10Mənbələr