ABŞ-ın CNN telekanalı Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüşün mümkün nəticələrini təhlil edərək xəbərdarlıq edib ki, danışıqların yekunu Ukrayna üçün son dərəcə əlverişsiz ola bilər.
KONKRET.az xəbər verir ki, jurnalistlərin qiymətləndirməsinə görə, ən yaxşı halda Kiyev Trampın bəhs etdiyi “kiçik sərhəd əraziləri”nə – Rusiyanın yaratmaq istədiyi bufer zonadan ayrılacaq Sumı və Xarkov vilayətlərindəki cüzi bölgələrə ümid edə bilər.
Bu mənzərə Ukrayna rəhbərliyində təşviş yaradıb. Məlumata görə, Prezident Vladimir Zelenski cəmi bir saat yarım ərzində altı dövlət başçısı ilə telefon əlaqəsi saxlayıb.
Natiq Səlim,
KONKRET.az