AZ

Parisdə İsrailin Qəzzanı işğal etmək planlarına etiraz aksiyası keçirildi

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Parisdə Fələstinə dəstək və İsrail hakimiyyətinin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirmək planlarına qarşı nümayiş keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.

Nümayişçilər paytaxtın şərq hissəsində yerləşən Bastiliya meydanına saat 15:00-da (Bakı vaxtı ilə 17:00) toplaşıblar. Nümayişdə yüzlərlə insan iştirak edib. Hadisəsiz keçən tədbirin təhlükəsizliyini polis və jandarma əməkdaşları təmin edib.

Bəzi etirazçılar Qəzza zolağında ərzaq qıtlığına diqqət çəkmək üçün metal qab və boşqablara qaşıqla vurublar. Nümayişçilər “ Fələstinə Azadlıq”, “Qəzza üçün döyüş” kimi şüarlar səsləndirib, əllərində “Soyqırımı dayandırın”, “İsrailə silah tədarükünə təcili embarqo”, “Atəşkəs” yazıları olan plakatlar tutublar. Nümayişçilərin bəziləri Fələstin bayraqları gətirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
yeniavaz.com

1Mənbələr