BAKI, 9 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefonla danışıb.
Teleqraf xəbər verir ki, dövlət başçıları İsrailin Qəzzaya hücumları və mövcud vəziyyəti müzakirə ediblər.
Türkiyə lideri İsrailin Qəzzanı bütünlüklə hərbi nəzarət altına almaq qərarının qəbuledilməz olduğunu və ölkəsinin bölgədə atəşkəsin təmin edilməsi üçün diplomatik səylərini davam etdirdiyini bildirib.
Fransa, Böyük Britaniya və Kanadanın Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlamalarının dəyərli olduğunu bildirən prezident Ərdoğan, Türkiyənin bölgədə davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün çalışmağa davam edəcəyini vurğulayıb.