AZ

Ukrayna və Aİ təkliflər sülhlə bağlı paketini ABŞ rəsmilərinə təqdim etdi

Ukrayna və Avropa İttifaqı Rusiya-Ukrayna nizamlanması üçün öz sülh təkliflərini təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə"The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb.

Kiyev və Avropa əvvəlcə atəşkəsə nail olmağıtəklif edir. Onlar həmçinin hər iki ölkənin qoşunları bölgədən çıxarması prinsipi ilə ərazi mübadiləsi aparmağın tərəfdarıdırlar.

Kiyev nümayəndələri bu planı ABŞ rəsmiləri J.D.Vans, Marko Rubio, Stiv Uitkoff və Keyt Kelloqa təhvil veriblər.

O da qeyd olunub ki, “Kiyevin istənilən ərazi güzəşti Ukraynanın NATO-ya mümkün üzvlüyü də daxil olmaqla, möhkəm təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir”.

Seçilən
67
teleqraf.com

1Mənbələr