AZ

Türkiyə PA-nın rəsmisi: ABŞ-da imzalanan razılaşma Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır

ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı razılaşma Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır və biz bu təşəbbüsü alqışlayırıq.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan həmrəyliyinin təzahürü olan Vətən Müharibəsindən sonra sülh üçün açılan fürsət pəncərəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi regional diplomatiya sayəsində Azərbaycan və Ermənistan arasındakı dialoqu gücləndirib və bu mərhələyə çatmasında mühüm rol oynayıb:

“Ermənistan sülh və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu etiraf edib və əksinə təşviq edilməsinə baxmayaraq, sülhə sadiq qalıb. Türkiyə keçmişdə olduğu kimi bundan sonra da regionda davamlı sülh və sabitliyin təmin edilməsi və bu prosesin davamlı sülhə çevrilməsi üçün dövlət başçımızın rəhbərliyi altında diplomatik təşəbbüslər göstərəcək, konstruktiv təşəbbüsləri dəstəkləyəcək, tərəflərlə sıx əlaqə saxlayacaq”.

Seçilən
0
2
report.az

3Mənbələr