AZ

Tramp və Putinin Alyaskanı seçməsinin ŞOK SƏBƏBİ

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Amerika ərazisində görüşəcəklər, çünki Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orada yurisdiksiyası yoxdur.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Amerikalı jurnalistlər Trampla Putinin görüşünə hazırlıq zamanı görüşün bir neçə variantının işləndiyini xatırladıblar. Belə ki, Putin açıq şəkildə danışıqların Birləşmiş Ərəb Əmirliklərində baş tuta biləcəyini bildirib. Nəşr qeyd edir ki, eyni zamanda iki liderin İtaliyada görüşünün mümkünlüyü Rusiya liderinin orada BCM-in orderi əsasında həbs oluna biləcəyinə görə rədd edilib.

"ABŞ məhkəmənin tərəfi deyil, ona görə də Alyaskadakı görüş bu problemdən qaçır", - WP yazır.

Qeyd olunur ki, görüş yeri kimi Alyaskanın seçilməsi bu ştatın Rusiyaya yaxınlığı ilə izah olunur.

Seçilən
93
3
publika.az

4Mənbələr