AZ

MMA Federasiyasının prezidenti bıçaqlanaraq öldürüldü

BAKI, 9 avqust. TELEQRAF

Rusiyanın Altay diyarının MMA Federasiyasının prezidenti Aleksey Kalbukov Tyunqur kəndində fərdi evdə keçirilən toy mərasimi zamanı qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə “thevoicemag.ru” saytı məlumat yayıb.

Məclis zamanı Kalbukov 74 yaşlı kişi ilə münaqişə edib. Təqaüdçü ayağa qalxaraq funksionerin sinəsindən bıçaq zərbəsi endirib. Kalbukov hadisə yerində ölüb. Qatil polis tərəfindən saxlanılıb.

Aleksey Kalbukov bu gün dəfn edilib.

Seçilən
80
6
teleqraf.com

7Mənbələr