AZ

Tərtərdə it sahibini parçalayıb

Tərtər rayonunda it sahibini parçalayıb.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Hacı Qərvənd kəndin də qeydə alınıb.

Belə ki, kənd sakini Elçin Məmmədov fərdi təsərrüfatında saxladığı itin hücumuna məruz qalıb.

İt sahibinin bədəninin müxtəlif yerlərini parçalayıb. O, ailə üzvləri tərəfindən Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
18
report.az

10Mənbələr