Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, prezident Administrasiyasının Rabitə Müdirliyindən verilən məlumata görə, Ərdoğanın Əliyevlə görüşündə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, eləcə də regional məsələlər müzakirə edilib.
Görüş zamanı Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh yolunda əldə edilən irəliləyişlərin qənaətbəxş olduğunu vurğulayaraq, bərqərar olunması nəzərdə tutulan davamlı sülh və sabitliyin bütün regionun sülh və sabitliyinə də töhfə verəcəyini vurğulayıb.
Prezident Ərdoğan Türkiyənin bu məqsəd üçün lazımı dəstəyi verməyə davam edəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az