BAKI, 9 avqust. TELEQRAF
Tramp müharibəni dayandırmaq istəyir, Rusiyanın planına qarşı birlikdə hərəkət etməliyik.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Ukrayna lideri Finlandiya Prezidenti Aleksandr Stubbla söhbəti zamanı ABŞ ilə sülh səylərinin əlaqələndirilməsini müzakirə edib: “Amerikanın müharibəni bitirmək əzmi və qabiliyyətinə malik olması vacibdir və biz Prezident Trampın münaqişəni dayandırmağa çalışmasını alqışlayırıq. Rusiyanın müharibəni uzatmaq və daha çox ərazi ələ keçirmək istəyinə cavab vermək üçün ağıllı və koordinasiyalı şəkildə hərəkət etməliyik".
Ukrayna Prezidenti həmçinin finlandiyalı həmkarına göstərdiyi dəstəyə görə təşəkkür edib və xatırladıb ki, Finlandiya da Avropada Rusiya ilə ən uzun sərhədlərə malikdir: “Hər iki ölkə belə qonşuluğun gətirdiyi təhlükələri yaxşı bilir. Biz ümumi təhlükəsizlik naminə birgə işi davam etdirməyə razılaşdıq”.
Qeyd edək ki, Finlandiya prezidentinin ABŞ lideri Donald Trampla çox yaxşı münasibətləri var. Onlar birlikdə qolf oynayırlar və vacib məsələləri müzakirə edirlər.