AZ

Quttereş Azərbaycanla Ermənistan arasında sülh bəyannaməsini alqışladı

BAKI, 9 avqust. TELEQRAF

BMT-nin Baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın ABŞ-ın vasitəçiliyi iləbirgə bəyannamə imzalamasını alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

BMT baş katibi bəyannaməni Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.

Açıqlamada deyilir: "Baş katib Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı dialoqa,qarşılıqlıetimad mühitinin yaradılmasına sadiqliyini vəbu məsələdə irəliləyişə nail olmaq üçün Prezident Trampın səylərini alqışlayır. Baş katib BMT-nin Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasıüçün bütün səylərə güclü dəstəyini bir daha bəyan edir".

Seçilən
117
46
teleqraf.com

10Mənbələr