AZ

Vaşinqton görüşü, əldə olunan nailiyyətlər -ŞƏRHVİDEO

30 il davam edən nəticəsiz danışıqlar "Ağ Ev"də ağ günə çıxdı...

Tramp da şahiddir ki, Azərbaycan regionda sadəcə sülh, əminamanlıq istəyir. Bu səbəbdən Azərbaycan təkcə öz müqəddəratını yox, regionda düzəni dəyişdi.

Daha bir tarixi zəfər yazıldı. Özü də buna dünyanın lider ölkəsi hesab olunan ABŞ şahidlik etdi. Məhz elə bu səbəbdən görüş zamanı Prezident İlham Əliyev bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Qeyd edib ki, Trampa Nobel Sülh Mükafatının verilməsi üçün Azərbaycan və Ermənistan Nobel Komitəsinə birgə ərizə də göndərəcək. Bununla da Vaşinqton görüşü ilə Azərbaycan-Ermənistan, Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur.

Yeri gəlmişkən görüşdə "ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırır" - deyən ABŞ Prezidenti Zəngəzur dəhlizi ilə bağlı da əsas məsələdən söz açıb. Əlavə edib ki, "Tramp marşrutu" Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək... Ekspertlər qeyd edirlər ki, bu gün Azərbaycan bütün dünya ölkələri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur. Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair şərtlərini qəbul edir və Sülh Sazişini imzalamağa yaxındır.

"Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq". -  deyən Ermənistanın baş naziri də öz mövqeyini ortaya qoyub. Bəli, bu gün deyə bilərik ki, sülh bərqərar olub. Görüşdə ən mühim məqam, Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamənin imzalanmasıdır. Bu Bəyannamə Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişinin mətninin demək olar ki, tamamlanması ilə yanaşı, regionda yeni dəhlizin - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun açılması, eləcə də 30 ildir nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarının qəbul edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr