
Onlayn servis oyunlarının yaradılması ilə məşğul olan bir sıra aparıcı studiyalar “PlayStation 4” konsolu üçün yeniləmələrin və məzmunun buraxılışının dayandırılması imkanlarını nəzərdən keçirirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “GamesIndustry.biz” məlumat yayıb.
Materialda “Xbox One”dan bəhs edilməsə də, ekspertlər platformadan imtinanın əvvəlki nəslin digər cihazlarına, o cümlədən “Microsoft” konsoluna da təsir edəcəyini düşünürlər.
Bu qərarın əsas amilləri arasında köhnəlmiş platformaların texniki məhdudiyyətləri və “PlayStation 5” və “Xbox Series X/S” sahiblərinin artan auditoriyası var. Yeni nəsil konsolların nüfuzu artdıqca, tərtibatçılar daha məhsuldar sistemlərin xeyrinə resursları yenidən bölüşdürməyə hazırdırlar.
Mütəxəssislər qeyd edirlər ki, “PlayStation 4” üçün dəstəyin tərk edilməsi oyunçuların yeni cihazlara keçidini sürətləndirə bilər ki, bu da “PlayStation 5” satışlarına müsbət təsir göstərəcək.