AZ

Göyçay sakinləri zəlzələ anından DANIŞDILARVİDEO

Bu gün Göyçayda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə qeydə alınıb. Saat 11:03-də baş verən yeraltı təkanın maqnitudası 4, dərinliyi isə 16 kilometr olub.

Göyçayda təkanlar 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə isə 3 bala qədər hiss edilib.

Fövqəladə Hallar Nazirliyi də baş verən zəlzələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hadisə nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası da təsdiqləyib ki, yeraltı təkanlar nəticəsində bölgədə nə dağıntı, nə də tələfat qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
xezerxeber.az

1Mənbələr