AZ

Gyökereş ilk qolu vurub, "Arsenal" qalib gəlib - VİDEO

"Arsenal" yoxlama matçında "Atletik"lə üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, "topçular" 3:0 hesabı ilə qələbə qazanıblar.

Oyun komandanın yeni transferi Viktor Gyökereş üçün əlamətdar olub. İsveçli hücumçu "Arsenal"ın heyətində ilk qolunu vurub. Digər topların müəllifi Bukayo Saka və Kai Haverts olub.

Yoxlama oyunu
"Arsenal" - "Atletik" - 3:0

Qollar: Viktor Gyökereş, 34. Bukayo Saka, 36. Kai Haverts, 82.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr