AZ

16 yaşlı gənc dənizdə boğularaq vəfat edib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,İhsaniye məhəlləsində ailəsi ilə birlikdə çimərliyə gələn Efe Erdem Sevinç əvvəlcə xilasedicilərin olmadığı və güclü cərəyanın olduğu ərazidə dənizə girib. Ətrafdakılar tərəfindən xəbər verilərək xilasedici xidmətin yardımı ilə qısa müddətə xilas edilsə də, o, yenidən dənizə girərək dalğaların altında itib. Hadisə barədə məlumat alan Sahil Mühafizəsi, Milli Tibbi Xilasetmə Qrupu (UMKE), səhiyyə, jandarma, dalğıc və xilasedici qrupları dərhal hadisə yerinə göndərilib. Təxminən 40 dəqiqə davam edən su altında və suyun üzərində aparılan axtarışlar nəticəsində gəncin cansız bədəni tapılıb.

Efe Erdem Sevinçinin meyiti Karasu Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

Seçilən
100
Ajans.az

1Mənbələr