Türkiyədə meşə yanğını: Bir kənd tamamilə boşaldıldı
Ajans.azAnadolu agentliyinə istinadən xəbər verir ki, Köklən kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəblərdən başlayan yanğın sürətlə yayılıb. Yerli valilik potensial təhlükələrə qarşı tədbir olaraq Köklən kəndinin tamamilə boşaldıldığını açıqlayıb.
Bölgədə yanğınla mübarizə həm havadan, həm də qurudan koordinasiyalı şəkildə aparılır.