AZ

Planetin ən təhlükəli paytaxtı bu şəhərdir

Vaşinqton törədilən cinayətlərə görə planetin ən təhlükəli şəhərinə çevrilib.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Lakin tezliklə ən təhlükəsiz şəhərlərdən birinə çevriləcək", - o bildirib.

ABŞ prezidentinin fikrincə, onun bəyanatı Vaşinqtonda zorakı cinayətlərə son qoyacaq avqustun 11-nə planlaşdırılan mətbuat konfransına şərh kimi verilib.

Seçilən
16
publika.az

1Mənbələr