David Alabanın “Real”dakı gələcəyi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Təcrübəli futbolçu İspaniya nəhəngindən ayrılmaq niyyətində deyil. Ancaq Madrid klubu onun müddəti 2026-cı ildə sona çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır. Üstəlik, rəhbərlik bu yay avstriyalı ilə yolları ayırmaq istəyir. Çünki David komandanın ən yüksək maaş alan üzvlərindən biridi: onun illik məvacibi 10,5 milyon avroyaa bərabərdi.
Bununla belə, müdafiəçi heç yerə getmək istəmir. Alaba heyətdə yer almaq üçün mübarizə aparmağı planlaşdırır. Yeri gəlmişkən, David ötən mövsüm La Liqada cəmi 7 matçda iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta