AZ

İtalyan tennisçi “Masters” turnirində mübarizəni dayandırdı

Dünya reytinqində 10-cu sırada qərarlaşan tennisçi Lorenzo Muzetti ABŞ-da keçirilən Sinsinnati “Masters” turnirinin ikinci mərhələsində Benjamen Bonzi (reytinqdə 63-cü yer) ilə üz-üzə gəlib. 

90deqiqe.Az-ın məlumatına görə, italyan tennisçi fransalıya 7:5, 4:6, 6:7 (4:7) hesabı ilə məğlub olaraq üçüncü raunda yüksələ bilməyib.

Görüş 2 saat 49 dəqiqə davam edib.

Növbəti mərhələdə Bonzi Yunanıstan təmsilçisi Stefanos Tsitsipas ilə Macarıstanlı Fabian Marojan arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək.

Seçilən
71
90deqiqe.az

1Mənbələr