Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə nənənin nəvəsini hərəkətsiz vəziyyətdə görərək 112 Təcili Zəng Mərkəzinə məlumat verməsi ilə üzə çıxıb. Hadisə yerinə gələn tibb və polis qrupları uşağın həyatını itirdiyini müəyyən ediblər. Şübhəli M.İ. polis tərəfindən saxlanılıb. İfadəsində o, səhər saat 11:00 radələrində oğlunu yastıqla boğaraq öldürdüyünü etiraf edib. Polis bölməsində dindirildikdən sonra o, məhkəməyə çıxarılaraq həbs edilib və həbsxanaya göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.