Podqoritsa, 10 avqust, AZƏRTAC
Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı Birgə Bəyannaməni alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Monteneqro Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişini alqışlayır və xüsusi vasitəçilik roluna görə ABŞ-a təşəkkürünü bildirir. Biz Cənubi Qafqazda davamlı sülh və sabitliyə doğru atılan bu mühüm addımı yüksək qiymətləndiririk”, - deyə paylaşımda qeyd edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa