The Wall Street Journal yazır ki, ABŞ rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə xəbərdarlıq ediblər.
News24.az Musavat.com-a istinadən bildirir ki, əgər Kiyev Putin və Tramp sammitində irəli sürüləcək şərtləri qəbul etməsə, Ukrayna ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.
Nəşr qeyd edir ki, Vaşinqtonun bu mövqeyi Ukrayna rəhbərliyində ciddi narahatlıq yaradıb və danışıqlar prosesində gərginliyi artırıb.