AZ

Londonda Fələstinə dəstək aksiyasının 465-dən çox iştirakçısı həbs edilib

Polis əməkdaşları Londonda Fələstinə dəstək aksiyalarında iştirak edən 465-dən çox insanı həbs edib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, həbslər antiterror qanunvericiliyi ilə bağlıdır. Hüquq-mühafizə orqanları tədbirdə mitinqin yatırılması üçün xeyli resurslardan istifadə olunduğunu qeyd ediblər.

Eyni zamanda, polis Fələstin hərəkatına dəstək ifadə edən hər kəsi həbs etməyə hazır olduğunu bildirib.

Seçilən
107
4
report.az

5Mənbələr