AZ

Yaponiyada eyni turnirdə iştirak edən iki boksçu ölüb

Yaponiyalı boksçu Hiromasa Urakava 28 yaşında rinqdə aldığı xəsarətlərdən dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Urakava Tokioda həmyerlisi Yoji Saito ilə döyüşdən sonra dünyasını dəyişib. Saito final, səkkizinci raundda texniki nokautla qalib gəlib.

Bundan əvvəl Yaponiyadan olan daha bir boksçunun - bu turnirdə də iştirak edən 28 yaşlı Şigetosi Kotarinin ölümü ilə bağlı məlumat yayılıb. O, subdural hematoma səbəbindən təcili əməliyyat olunub, lakin sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.

Seçilən
52
3
news24.az

4Mənbələr