Ərəb Dövlətləri Liqası İsrailin Qəzza şəhərini işğal etmək qərarını müzakirə etmək üçün sabah təcili iclas keçirəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının Fələstin üzrə nümayəndəsi Muhannad əl-Akluk məlumat yayıb.
Məlumata görə, iclasda Fələstin xalqının zorla köçürülməsi və İsrailin Qəzzadakı işğal planı müzakirə olunacaq.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqasına 22 dövlət üzvdür.