AZ

"Arsenal" futbolçusunu İtaliya nəhənginə havayı buraxacaq - SON DURUM

London “Arsenal”ının müdafiəçisi Aleksandr Zinçenko yay "transfer pəncərəsi"ndə klubu tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Il Mattino" yayıb.

Mənbənin məlumatına görə, londonlular 28 yaşlı ukraynalıya əvvəlcə 10 milyon funt-sterlinq qiymət qoyub sonradan məbləği yarıbayarı azaltsalar da, yenə də transferdə maraqlı olan klublar tapılmayıb. "Topçular" futbolçunun müqaviləsinin müddətinin bir ildən sonra bitəcəyini nəzərə alaraq, indi onu pulsuz buraxmağa hazırdır.

Mənbə ukraynalının "Napoli"yə təklif olunduğunu bildirib.

Zinçenko 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 20 milyon avro qiymətləndirir. 

Mirağa

Seçilən
29
fanat.az

1Mənbələr