Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Nişanlısından ayrılan məşhur amerikalı aktrisa Sydney Sveeneyin sosial şəbəkələrdəki mesaj qutusu, "Arsenal", "Mançester United" və "Liverpool" kimi Premyer Liqa klublarında çıxış edən futbolçuların mesajları ilə dolub.
Futbolçular peşini buraxmır
Uzunmüddətli münasibətinə son qoyduğunu açıqlayan 27 yaşlı gözəl aktrisa bu dəfə tanınmış futbolçuların diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, "The Sun" nəşrinin xəbərinə görə, Sveeney sosial mediada bir çox məşhur Premyer Liqa futbolçusundan mesajlar alır.
O, yaxın çevrəsinə çox sayda futbolçunun ona yazdığını bildirib.
Yemək dəvətləri və tətil təklifləri alır
Xəbərdə qeyd olunur ki, aktrisaya Avropa səfəri, romantik yemək görüşləri və birgə tətil planları kimi təkliflər edilib. Lakin hazırda münasibət yaşamaq istəmədiyi və buna görə bütün bu təklifləri rədd etdiyi bildirilir.
Kənan
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.