AZ

"İnter Mayami" Messinin xidmətindən məhrum oldu

"İnter Mayami"nin superulduzu Lionel Messi MLS-də "Orlando" ilə qarşılaşmada komandasına kömək etməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən komandanın baş məşqçisi Xavyer Maskerano ESPN-ə açıqlamasında bildirib.

O, argentinalı hücumçunun niyə oynamayacağına belə aydınlıq gətirib: 

"Messi "Orlando" ilə matçda oynamayacaq. Onun sağlamlığını belə bir matçda riskə atmaq dəlilik olardı. Bizi qarşıda daha çox vacib qarşılaşmalar gözləyir. Hamımız ümid edirik ki, Leo tezliklə meydana qayıdacaq". 

Xatırladaq ki, Lionel Messi Liqa Kubokunda Meksika "Nekaxa"sı ilə matçda zədələnmişdi. 

38 yaşlı forvard bu mövsüm MLS-də "İnter Mayami"nin heyətində 18 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
13
fanat.az

1Mənbələr