Yarımağır çəkidə (79,4 kq-a qədər) dünya çempionu, rusiyalı boksçu Dmitri Bivol titulunu qorumaq üçün tibbi möhlət verilməsi xahişi ilə IBF-yə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “BoxingScene” məlumat yayıb.
Bivol 2025-ci il iyulun 1-dək almaniyalı Maykl Eyfertə qarşı döyüşdə titulunu məcburi müdafiə etməli idi.
Xatırladaq ki, bir müddət əvvəl Bivol köhnə bel zədəsi ilə bağlı problemlərin pisləşməsi fonunda əməliyyatdan sonra sağalmağa başladığını açıqlamışdı.