AZ

Dünya reytinqi: "Qarabağ"la "Zirə" gerilədi, "Sabah" və "Araz-Naxçıvan" irəlilədi

BAKI, 10 avqust. TELEQRAF

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avqust ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Teleqraf xəbər verir ki, 501 klubun yer aldığı cədvəldə 4 Azərbaycan təmsilçisi var.

Son ölkə çempionu "Qarabağ" əvvəlki reytinqə nisbətdə 3 pillə geriləyib. Ağdam təmsilçisi 137,25 xalla 134-cü sıradadır.

“Zirə” 84,75 xalla 42 pillə geriləyərək 274-cü pilləyə düşüb.

“Sabah” (86 xal) 49 sıra önə keçərək 264-cü, ”Araz-Naxçıvan” (70,25 xal) isə 76 pillə irəliləyərək 363-cü olub,

Qeyd edək ki, cədvələ 520 xalla İspaniyanın "Real Madrid" komandası liderlik edir.

Seçilən
12
teleqraf.com

1Mənbələr