AZ

Ağsuda qadın ehtiyatsız davranaraq yanğın törətdi

ain.az, Yenisabah saytına istinadən bildirir.

Ağsuda məişət tullantıları yandıran şəxs daha geniş yanğına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. pizza sifarişi

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Bağırova məsuliyyətə cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
32
yenisabah.az

10Mənbələr