AZ

Çində yeni virus: Bir həftə ərzində 1300 dən çox yoluxma

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Çinin Quandun əyalətində bir həftə ərzində çikunqunya virusuna 1 387 yeni yoluxma halı aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzin avqustun 3-dən 9-dək olan dövr üçün hesabatında bildirilib.

Yoluxanların çoxu (1 212) xəstəliyin mərkəzi olan Foşan şəhərində müəyyən edilib. pizza sifarişi

Bölgədə gücləndirilmiş profilaktik tədbirlər görülür, virus daşıyan ağcaqanadların məqsədyönlü şəkildə məhv edilməsi davam etdirilir.

Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb.

Çinin cənubunda aşkarlanan qızdırma hallarının ümumi sayı 8 mini keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
10
yenisabah.az

10Mənbələr