AZ

Mahmud Abbas BMT Baş Assambleyasının iclasında Fələstin dövlətini elan edəcək

Fələstin rəhbərliyi Fələstin Muxtariyyətini dövlətə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir və bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında birtərəfli qaydada bəyan edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Al-Araby Al-Jadeed" nəşri anonim mənbəyə istinadən məlumat yayıb.

“Mənbənin sözlərinə görə, rəhbərlik prezident Mahmud Abbasın BMT Baş Assambleyasının konfransı zamanı Fələstin Muxtariyyətini birtərəfli qaydada dövlətə çevirdiyini elan etməsi imkanını nəzərdən keçirir”, – deyə məlumatda bildirilir.

Mənbənin sözlərinə görə, bu addımdan əvvəl Fələstin Prezidenti tərəfindən konstitusiya bəyanatı verilməli və Fələstin Milli Şurasına seçkilərin dəqiq tarixi müəyyən edilməlidir. O qeyd edib ki, rəsmi bəyanat prezident Mahmud Abbas tərəfindən yayımlanacaq və dövlətin sərhədlərini, xarakterini, mahiyyətini və əsaslarını – Fələstin Konstitusiyası qəbul edilməmişdən əvvəl – təsdiqləyəcək.

Qeyd olunur ki, Fələstin Muxtariyyətinin dövlətə çevrilməsi barədə bəyanat, ehtimal ki, ilin sonuna qədər keçiriləcək Fələstin Milli Şurasına seçkilərdən əvvəl verilə bilər.

Muxtariyyətin dövlətə çevrilməsi vaxtı ilə bağlı mənbə bildirib:

“Bu məsələ hələ 2015-ci ildə araşdırılıb və gündəmə gətirilib, lakin prezident Abbas bu prosesi səbəb göstərmədən dayandırmışdı. Lakin düşünürəm ki, prezidentin bu məsələyə, yəni muxtariyyətin dövlətə çevrilməsi ideyasına bu gün qayıtmasının iki səbəbi var: birincisi, Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində uğurlu kampaniyadan yaranan impulsdan istifadə etmək; ikincisi, İsrailin işğal olunmuş İordan çayının Qərb sahilini anneksiya (birləşdirmə - red.) etmək qərarına cavab verməkdir. Bu səbəbdən rəhbərlik qarşısında vacib sual dayanır: nə üçün biz İsrailin bütün təhdidlərini reallaşdırmasını və Qərb sahilini tam şəkildə işğal etməsini gözləməliyik?”

Seçilən
29
8
moderator.az

9Mənbələr