AZ

İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

TBİLİSİ, 10 avqust. TELEQRAF

Gürcüstanın Marneuli rayonunda 1986-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən həmin şəxs 2013-cü ildən Azərbaycan tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışdadır.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir.

Seçilən
101
11
teleqraf.com

10Mənbələr