"Fənərbağça" Niko Yankoviçi transfer etməyəcək.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" 23 yaşlı futbolçu üçün "Riyeka" ilə razılığa gəlsə də, azarkeşlərdən gələn reaksiyaya görə bu transferdə geri addım atıb.
Bu barədə "TRT Spor" məlumat yayıb.
Qeyd edək ki, "Fənərbağça" xorvatiyalı futbolçu üçün "Riyeka"ya 5.6 milyon avro ödəyəcəkdi.
İstanbul klubu bu yay indiyə qədər Con Duran, Arçi Braun, Tarık Çetin, Milan Şkrinyar və Nelson Semedonu heyətinə cəlb edib.