AZ

İkardi yaşıl meydana nə vaxt qayıdacaq? - Dönüş tarixini özü açıqladı

Ötən mövsüm UEFA Avropa Liqasında "Tottenhem"lə matçda zədələnərək uzun müddətə sıradan çıxan "Qalatasaray"lı Mauro İkardi oynaya biləcəyi tarixi açıqlayıb. 

Fanat.Az xəbər verir ki, ön çarpaz bağlarında yırtıq aşkarlanan və əməliyyat olunan, təxminən 300 gündür yaşıl meydanlardan kənarda qalan argentinalı ulduz vətənində "Telefe"yə açıqlamasında belə deyib:

"Zədəmə görə Argentinada uzun müddət qaldım. Amma geri qayıtmaq və klubumun düşərgəsində olmaq istəyirəm, "Qalatasaray" üçün darıxdım. Xeyli müddət məşqlərə və matçlara ara verdim. Amma artıq bərpa çalışmalarına başlamışam. Hələlik oynamağa icazəm yoxdur, amma 1-2 aya gedəcəyəm".

İkardi ötən mövsüm cəmi 14 oyunda meydana çıxa bilib. O, bu görüşlərdə 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mirağa

Seçilən
7
fanat.az

1Mənbələr