AZ

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi - yaralılar var...


Xaçmaz rayonunun fındıq toplayan 3 nəfər çaqqalların hücumuna məruz qalıb. APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Əhməd-oba kəndində həyətyanı sahədə baş verib.

Xəsarət alan şəxslər, 69 yaşlı V.Məmmədəliyeva, 54 yaşlı İ.Hacıyev və 54 yaşlı X.Quliyeva Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onlara tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

TƏBİB-dən isə bildirilib ki, 08.08.2025–ci il saat 22:30 radələrində çaqqal dişləməsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsi olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1956 (kişi cincli) və 1971-ci il (biri qadın, biri kişi cinsli) təvəllüdlü şəxslərə boyunun, sağ əlin və sağ saidin dişlənmiş yaraları diaqnozu təyin olunub.

Hər birinə zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
71
3
baki-xeber.com

6Mənbələr