"Milan" komandadan ayrılacağı gözlənilən Malik Tiavın əvəzinə Koni De Winteri transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "rossoneri" gənc futbolçu ilə şəxsi məsələlərdə razılığa gəlib. Oyunçunun klubu "Cenoa" ilə danışıqlar davam edir.
"Milan"ın bonuslarla birlikdə 25 milyon avro təklif edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, M. Tiavın karyerasını "Nyukasl"da davam etdirəcəyi gözlənilir.