AZ

Lalə ana olmaq istəyir

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko gələcəkdə ana olmaq istədiyini bildirib.

Milli.Az xəbər verir ki, Kramarenkonun 20 yaşı var, o, yeniyetmələr arasında üçqat dünya çempionu, komanda yarışında Avropa çempionatının qalibidir.

- Yarışa çıxmazdan əvvəl hansısa vərdişləriniz varmı?

- Mən həmişə meydançaya çıxmazdan əvvəl öz-özümə deyirdim: "Allah kömək olsun. Və İrina Aleksandrovna Viner arxadan deyirdi: "Allah güclülərə kömək edir". Bu ritual özümü toparlamağa kömək edir.

- On ildən sonra özünüzü harada görürsünüz?

- Ana kimi. Mən həqiqətən ana olmaq istəyirəm. Dünyada ən vacib şey ailə və sevgidir. Övladlarımı gimnastikaya gətirərdim, amma israr etməyəcəyəm, - Kramarenkonun sözlərini "Match TV" sitat gətirib./publika.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
6
news.milli.az

10Mənbələr