AZ

Zəngəzur dəhlizi razılaşması İranda ŞOK EFFEKTİ YARATDI… TƏHDİDLƏRƏ BAŞLADILAR - nəzarət Bakıya keçsə...


Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan razılaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı 99 illik razılaşma Tehranda şok effekti yaradıb. Bakıdan keçən və Gürcüstan üzərindən Türkiyəyə bağlanan Bakı-Tbilisi ticarət yoluna alternativ olaraq ortaya çıxan Zəngəzur dəhlizi ilə bağlı İrandan təhdid dolu bəyanatlar səslənməyə başlayıb.

Xüsusən İranın ali dini lideri Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin 99 il müddətinə ABŞ-a verilməsini nəzərdə tutan tarixi razılaşma ilə bağlı açıqlamaları ilə rəsmi Tehranın razılaşmaya qarşı düşmən münasibətini yenidən ortaya qoyur. Razılaşmaya qarşı sərt mövqe sərgiləyən Vilayəti bildirib ki, Rusiya olsa da, olmasa da, bu layihənin qarşısını alacağıq.

Xatırladaq ki, saziş Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutur. ABŞ prezidenti Donald Tramp bu dəhlizin “Tramp Beynəlxalq Sülh və Rifah Yolu” adı altında inkişaf etdiriləcəyini və əməliyyat hüquqlarının 99 il müddətinə ABŞ-a veriləcəyini açıqlayıb.

Tramp bəyan edib ki, dəhliz Azərbaycanı öz ərazisi olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsi ilə təmin edəcək, lakin “Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşılacaq”.

Vilayəti Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyü və Cənubi Qafqazın təhlükəsizliyi üçün “ciddi təhlükə” yaratdığını iddia edib. O, Trampın modelini tənqid edərək, “Mən bunu Panama kanalının icarəsi ilə müqayisə edirəm” deyib.

İran rəsmisi təhdidlərindən də qalmayıb, bildirib ki, layihə reallaşarsa, Zəngəzur dəhlizi “Trampın muzdluları üçün qəbiristanlığa” çevriləcək.

İran mətbuatı isə dəhlizin “regional nizamı yenidən formalaşdıracağını” və Türkiyə və Azərbaycanın Cənubi Qafqazda liderlik iddiasını gücləndirəcəyini yazıb.

İddia edilir ki, bu hadisə Rusiyanın bölgədə təsirini zəiflədə, İranın şimal sərhədlərindəki strateji varlığını azalda, hətta İranın Qara dənizə birbaşa çıxışını kəsə bilər.

“Dəhlizə nəzarət Bakıya keçərsə, Tehran təkcə Cənubi Qafqazla deyil, həm də Rusiya və Avropa ilə ticarət yollarına təsirini itirə bilər” - deyə İran mediası yazır.

Bu arada, revanşist mövqeyi ilə tanınan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Zəngəzur dəhlizinin 99 illiyinə ABŞ-a verilməsini “konstitusiya pozuntusu” kimi qiymətləndirib. Oskanyan deyib ki, “Heç vaxt belə diplomatik biabırçılıq olmayıb, belə uğursuzluq xüsusi istedad tələb edir”.

O, Sünik (Zəngəzur)yolunun 99 il müddətinə başqa ölkəyə verilməsinin qəbuledilməz olduğunu bildirib. “Yolun başqa ölkəyə 99 il müddətinə verilməsi görülməmiş bir şeydi, bu, konstitusiyaya ziddir”.

TAHİR

Seçilən
33
50
baki-xeber.com

10Mənbələr