Azərbaycan prezidenti paytaxt Vaşinqtonda, ABŞ prezidentinin yanında Ermənistanla birgə sülh sazişinin mətnini parafladı.
Artıq sülh sabahdan daha yaxındır. Çünki əlimizdə okenanın o tayında, dünyanın ən güclü ölkəsində və ən güclü prezidentinin yanında imzalanmış sənəd var. Bu dəfə Ermənistan rəhbərliyi də məsələnin ciddiyyətinin fərqindədir.
Xezerxeber.az-ın xəbərinə görə, siyasi şərhçi Əziz Əlibəyli deyir ki, Nikol Paşinyan çox yaxşı bilir ki, imzaladığı bəyannamə 10 noyabr 2020-ci ildə harada imzaladığı məlum olmayan bəyanatla eyni deyil.
Onun sözlərinə görə, ABŞ-də qəbul edilən öhdəlik yükü, Rusiya ilə qəbul edilən öhdəliklərlə eyni deyil.
Bir sözlə, hazırda Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə regional və beynəlxalq layihələrdən kənarda qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.