AZ

Fransada azyaşlı övladları əllərindən alınan azərbaycanlı valideynlər DANIŞDIVİDEO

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını bildirir.

“Xəzər Xəbər”ə müraciət edən valideynlər Məhəmməd Quliyev və Gültac Abdullayeva bildiriblər ki, problem ailənin 2-ci uşağının dünyaya gəlməsindən sonra baş verib. İkinci övladları doğulduqdan sonra bağırsağında yaranan problemə görə əməliyyat edilib və təxminən 1 ay xəstəxanada qalıb.

Azyaşlının anası Gültac Abdullayeva bildirdi ki, Almaniyanın Dortmund şəhərində yaşayan ailənin övladlarının Avropadan çıxışına qadağa qoyulub. Avqustun 6-da azərbaycana birdəfəlik qayıtmaq üçün yola çıxan ailənin övladları Fransanın paytaxtı Parisdəki Orli Hava Limanında polis əməkdaşları tərəfindən əllərindən alınıb.

Aytac Abdullayeva qeyd edib ki, xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan onun övladlarına şiddət göstərməsi barədə şikayət ediblər. Bu səbəbdən də polis uşaqları alıb.

Azyaşlıların anası Gültac Abdullayeva onu da deyir ki, həkimlərin şiddət şikayətlərindən sonra Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat işə qarışıb və uşaqlara nəzarət üçün Aynur adlı türk müəllim təyin edilib

Ailə artıq baş verən hadisə ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr