Sabahdan ali məktəblərə qəbul üçün ixtisas seçimi başlayır.
Xezerxeber.az-ın xəbərinə görə, təhsil ekspertləri bildirirlər ki, bu il 1-ci qrup üzrə ixtisas seçimi edən abituriyentlər nisbətən daha şanslıdırlar, çünki bu ixtisas qrupu üzrə ayrılan plan yerlərinin sayı abituriyentlərin sayından 2 dəfə çoxdur. Yəni 1-ci ixtisas qrupu üzrə kifayət qədər plan yerlərinin boş qalacaağı gözlənilir.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, ən gərgin ixtisas seçimi 3 və 4-cü qruplarda olacaq. Bu qruplarda 600 bal toplayanlar ötən illə müqayisədə bu il üstünlük təşkil edir.
Ekspert qeyd edib ki, müsabiqədə iştirak edən subbakalavrların universitetlərə qəbul olmaq şansı azdır. Daha çox 1-ci ixtisas qrupu üzrə müsabiqədə iştirak edənlərin uğurlu olmaq ehtimalı var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.