AZ

Son zamanlar müşahidə olunan virus “pnevmaniya” yaradır – XƏBƏRDARLIQVİDEO

Yüksək hərarət, baş ağrısı və dayanmaq bilməyən öskürək...

Son günlərdə bir çox insanlar arasında sadalanan simptomlarla müşayiət olunan viruslu infeksiyaların artdığı müşahidə edilir. Bəs maraqlıdır havaların isti keçməsinə baxmayaraq, yay aylarında bu yoluxucu xəstəliklərin yayılmasının səbəbi nədir?

Xezerxeber.az-ın xəbərinə görə, həkim terapevt Rasif Bağırov deyir ki, sözügedən simptomlar adətən yüngül gedişatlı olsa da, immun sistemi zəif olan şəxslərdə daha ağır keçə bilər.

Həkim deyir ki, infeksiyanın yayılmasının əsas səbəblərindən biri kondisionerlərlə bağlı hava dəyişiklikləri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir.

Terapevt bu günlərdə şəxsi gigiyenaya diqqət yetirməyi, bol maye qəbul etməyi və kütləvi yerlərdən mümkün qədər uzaq durmağı tövsiyə edir. Simptomlar ağırlaşarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
2
xezerxeber.az

3Mənbələr