Mingəçevir su anbarında suyun səviyyəsi 80 santimetr - 1 metr aralığında azalıb.
Xezerxeber.az xəbər verir ki, su anbarının yaxınlığında yaşayan sakinlər bildirirlər ki, yaz aylarında anbarda suyun səviyyəsi xeyli artmışdı. Hətta onların yaşadıqları evlərə qədər yaxınlaşıbmış. Havaların hədsiz isti keçməsi və yağıntının olmaması son 10 gündə Mingəçevir su anbarında suyun azalmasına səbəb olub.
Ərazidə yaşayanlar bildirirlər ki, anbarda suyun səviyyəsinin artması müsbət hadisə olsa da, yay aylarında buraya sərinləməyə, çimməyə gələnlərə maneə yaradırdı. Suyun azalması ilə hazırda anbar ətrafında olan çimərliklər normal fəaliyyət göstərə bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.