AZ

DYP əlini pəncərədən çölə çıxaran sürücülərin hansı halda cərimələnəcəyini AÇIQLADIVİDEO

Son günlərdə avtomobil hərəkətdə olan zaman əlini pəncərədən çıxaranların cərimələnəcəyi ilə bağlı məlumatlar yayılıb.

Bir neçə gün öncə yol polisinin etdiyi xəbərdarlıq sürücülər arasında ajiotaj yaratdı.. Bəzi sürücülər bu qaydanı düzgün hesab etmirlər.

Bəzi sürücülər isə belə qaydanın tətbiq edilməsinin tərəfdarıdırlar.

Xezerxeber.az-ın xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirildi ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni istirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı burxmaq düzgün deyil. Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib.

İdarədən o da qeyd edildi ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
xezerxeber.az

1Mənbələr