Çaqallar kəndi oylaqlarına çevirib... Gecə-gündüz demədən həm sakinlərə, həm də digər canlılara hücum edirlər...
Cəlilabadın Şatırlı kənd sakinləri son günlərdə çaqqal hücumlarının artdığını bildirirlər.
Sakinlərin sözlərinə görə, çaqqalların ev quşlarına tamah salması əvvəllər də olub. Lakin bu yay hücumların intensivliyi artıb. Ehtimal olunur ki, meşələrdə yem çatışmazlığı buna səbəb olub. Sonuncu hücumda isə kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Son insident həm də insan xəsarətləri ilə nəticələnib. Çaqqal hücumu zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisədən sonra kənddə çaqqallara qarşı tədbirlərin gücləndirilməsi müzakirə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.