İt sahibinə hücum edib.
Xezerxeber.az xəbər verir ki, hadisə Tərtərin Hacıqərvənd kənində baş verib. Kənd sakini, 34 yaşlı Elçin Məmmədova hücum edən it onun hər iki qolunu parçalayıb.
Xəsarət alən şəxs dərhal xəstəxanaya çatdırlıb. Ona ilkin tibbi yardım göstərilib və vaksin vurulub. Elçin Məmmədovun müalicəsi xəstəxanada həkim nəzrəti altında davam etdirilir.
Xəsarət alan şəxsin əmisi oğlu deyir ki, sahibinə xəsarət yetirən itin aqressivliyinə səbəb digər itin ona cumması olub. İtin özü hər zaman sahibinə sadiqliyilə seçilən cinslərdəndir.
Bu və ya oxşar hadisələrdə ilk ağıla gələn quduzluq xəstəliyinin olub olmamasıdır. Kəndin sahə baytar həkimi deyir ki, təsərrüfatda olan itlər quduzluq xəstəliyinə qarşı öncədən vaksinasiya edildiyindən bu xəstəliyin olması mümkün deyil.
Tərtər baytarlıq idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, rayon ərazisində ümumilikdə 3 mindən çox it qeydiyyata alınıb. Bunlardan 350 - 400-ə yaxını Hacıqərvənd kəndindəki təsərrüfatlardadır. Bu vaxta kimi fərdi təsərrüfatlarda itlərin sahibinə hücum etməsi hallarına rast gəlinməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.